Çində məşəl festivalında 16 nəfər yandı
Çinin Yunnan əyalətində keçirilən ənənəvi Məşəl Festivalı zamanı 16 nəfər yanıq xəsarəti alıb.
Crossmedia.az xəbər verir ki, "Baha" agentliyi yerli mediaya istinadən hadisə barədə məlumat yayıb.
Hadisə Xuanvey şəhərində festival zamanı baş verib. Məlumata görə, içərisində alışan maye olan plastik vedrə təsadüfən aşıb və yanğın başlayıb.
Hadisə yerinə səhiyyə, ictimai təhlükəsizlik və fövqəladə hallar xidmətlərinin əməkdaşları cəlb olunub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, xəsarət alan 16 nəfərin hamısına tibbi yardım göstərilir. Onların vəziyyətinin stabil olduğu bildirilir.
17:35 08.08.2026
Oxunuş sayı: 55