Azərbaycanın qızlardan ibarət basketbol millisi Şimali Makedoniyaya qalib gəlib
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Şimali Makedoniya yığması ilə qarşılaşıb.
Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 75:73.
Qeyd edək ki, yığma növbəti matçını sabah Estoniya komandasına qarşı keçirəcək.
Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub.
14:23 07.08.2026
Oxunuş sayı: 63