Putin BƏƏ prezidenti ilə Fars körfəzini müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayid Əl Nəhyanla telefon danışığında Fars körfəzindəki vəziyyəti və Ukrayna müharibəsini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, "Kremlin" mətbuat xidməti bu barədə məlumat yayıb.
Liderlər regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Putin Ukraynadakı müharibənin gedişi barədə məlumat verib və BƏƏ rəhbərliyinə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin təşkilinə göstərdiyi dəstəyə görə təşəkkür edib.
15:32 07.08.2026
Oxunuş sayı: 43