KİV: Nigeriya ordusu hücumların qarşısını ala bilmir
Nigeriya ordusu ölkə daxilində silahlı hücumların və adam oğurluqlarının qarşısını almaqda çətinlik çəkir.
Crossmedia.az xəbər verir ki, "The New York Times" bu barədə məlumat yayıb.
Nəşrin təhlilinə görə, Afrikanın ən güclü ordularından biri hesab edilən Nigeriya Silahlı Qüvvələri buna baxmayaraq ölkə ərazisində baş verən silahlı hücumları və kütləvi adam oğurluqlarını dəfələrlə önləyə bilməyib. Bu vəziyyət ölkədə təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.
15:27 07.08.2026
Oxunuş sayı: 46