Polşadan Ukraynaya şərtli dəstək
Polşa Prezidenti Karol Navrotski ölkəsinin Ukraynaya dəstəyi davam etdirəcəyini, lakin bütün qərarların Polşanın milli maraqları əsasında veriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Ukrainska Pravda" bu barədə məlumat yayıb.
İnauqurasiyasının ildönümü münasibətilə çıxış edən Navrotski deyib ki, Polşa "ilk növbədə Polşa" prinsipi ilə hərəkət edəcək.
"Harada ki, ruslarla döyüş gedir, Polşa kömək edir. Hətta bu müharibədə birbaşa iştirak etməsə də. Bizim marağımız onların mümkün qədər uzun və mümkün qədər effektiv döyüşməsidir. Biz onların yanındayıq, amma burada Polşadır, burada bizim maraqlarımızdır", – deyə o bildirib.
Navrotski əlavə edib ki, Ukraynaya dəstəyə baxmayaraq, "bandera bayraqları Varşavada dalğalanmayacaq".
12:57 07.08.2026
Oxunuş sayı: 61