İran Körfəz ölkələri və İordaniyaya zərbələr endirib
ABŞ-nin yeddi gecə ardıcıl İrana endirdiyi zərbələrdən sonra Tehran Körfəz ölkələri və İordaniyaya yeni raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ-nin İranın hərbi hədəflərinə zərbələrinin davam etməsi və atəşkəsin pozulmasından bir həftə sonra regionda gərginlik daha da artıb.
Bildirilir ki, Küveyt davamlı hücumlara məruz qalıb. Raket zərbələri nəticəsində ölkədə duzsuzlaşdırma (desalinasiya) zavodlarından biri zədələnib.
Təkrarlanan raket və pilotsuz uçuş aparatları təhlükəsi səbəbindən Küveyt Beynəlxalq Hava Limanında əməliyyatlar müvəqqəti dayandırılıb.
15:25 07.08.2026
Oxunuş sayı: 56