Putin BƏƏ lideri ilə Ukraynanı müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayid Əl Nəhyanla telefon danışığında Ukraynadakı vəziyyəti və əsir mübadiləsi məsələlərini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, "Kremlin" mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, Putin söhbət zamanı Ukraynada davam edən hərbi əməliyyatların gedişi barədə məlumat verib. O, həmçinin Kiyevin Rusiya əhalisinə və mülki infrastruktura qarşı terror fəaliyyətini gücləndirdiyini iddia edib.
Rusiya Prezidenti BƏƏ rəhbərliyinə Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsinin təşkilinə göstərdiyi vasitəçilik dəstəyinə görə təşəkkürünü ifadə edib.
14:27 07.08.2026
Oxunuş sayı: 56