Bu şəhərə 21 qızıl külçə bağışladılar
Yaponiyanın Osaka şəhəri köhnəlmiş su kəmərlərinin yenilənməsi üçün anonim şəxs tərəfindən 21 qızıl külçə alıb.
Crossmedia.az xəbər verir ki, "The New York Times" bu barədə məlumat yayıb.
Məlumata görə, ümumi dəyəri 3,6 milyon ABŞ dolları olan qızıl külçələr şəhər rəhbərliyinə su borularının təmiri məqsədilə göndərilib.
Nəşr qeyd edir ki, Osakadakı su kəmərlərinin bir qismi ölkənin ən köhnə infrastruktur obyektləri sırasındadır və bu ianə şəhərin köhnəlmiş su təchizatı sistemi ilə bağlı artan narazılığı da əks etdirir.
15:24 07.08.2026
Oxunuş sayı: 50