ABŞ: İrana zərbələr davam edir
Yaxın Şərqdə gərginlik daha da artarkən ABŞ İrana qarşı hərbi əməliyyatların davam etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "The New York Times" bu barədə məlumat yayıb.
Məlumata görə, NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyə istiqamətində uçan İranın ballistik raketini zərərsizləşdirib. ABŞ Hərbi Dəniz Qüvvələrinin isə beynəlxalq sularda İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini batırdığı bildirilir.
Nəşr qeyd edir ki, bir sıra Avropa ölkələri də Yaxın Şərqə əlavə hərbi qüvvə və texnika göndərib.
15:12 07.08.2026
Oxunuş sayı: 44