Netanyahunun şansları azalır: Müxalifət 61 mandat həddinə yaxınlaşır
İsraildə müxalif siyasi qüvvələrin parlamentdə hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə etmək imkanlarının artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, "Quods" bu barədə məlumat yayıb.
Məlumata görə, sorğular Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi düşərgənin mövqelərinin zəiflədiyini göstərir. Müxalifət blokunun Knessetdə 61 yer qazanmaq ehtimalının artdığı qeyd olunur.
İsrail qanunvericiliyinə əsasən, hökumətin formalaşdırılması üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur.
Son sorğulara əsasən, Netanyahunun rəhbərlik etdiyi hakim koalisiyanın parlamentdə əvvəlki üstünlüyünü itirdiyi, müxalifətin isə hökumət qurmaq üçün zəruri həddə yaxınlaşdığı göstərilir.
Qeyd edək ki, İsraildə növbəti seçkilərlə bağlı siyasi mübarizə fonunda əsas diqqət hökumət koalisiyalarının formalaşdırılması imkanlarına yönəlib.
13:23 07.08.2026
Oxunuş sayı: 59