Putin Təhlükəsizlik Şurasını topladı
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.
Crossmedia.az xəbər verir ki, "Kremlin" mətbuat xidməti bu barədə məlumat yayıb.
Müşavirədə terror hücumlarından infrastrukturun qorunması üçün əlavə təhlükəsizlik tədbirləri müzakirə olunub.
Tədbirdə ölkənin mühüm infrastruktur obyektlərinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirildiyi bildirilib.
14:48 07.08.2026
Oxunuş sayı: 52