Kubada turizm böhranı dərinləşir
ABŞ-nin Kubaya xarici neft tədarükünü məhdudlaşdırması ölkənin turizm sektoruna ciddi zərbə vurub.
Crossmedia.az xəbər verir ki, "The New York Times" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, yanacaq çatışmazlığı səbəbindən turizm fəaliyyəti sürətlə zəifləyir. Bu vəziyyət ölkənin əsas gəlir mənbələrindən biri hesab olunan turizm sənayesini ciddi böhranla üz-üzə qoyub. ABŞ Prezidenti Donald Tramp administrasiyasının qərarının Kuba iqtisadiyyatına təzyiqi daha da artırdığı qeyd olunur.
15:15 07.08.2026
Oxunuş sayı: 43