Bakıda obyekt yanıb - YENİLƏNİB
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yanğın 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan qeyri-yaşayış hissəsində baş verib.
Crossmedia.az xəbər verir ki, bunu hadisə yerində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, taxta konstrusksiyalı qədim binada yanğın 120 kv.m ərazini əhatə edib. Binadan 6 nəfər təxliyə edilib, bir yaşlı vətəndaş həkimə müraciət edib. Həyati təhlükəsi yoxdur.
Qərargah rəisinin sözlərinə görə, yanğınla bağlı 12 texnika olmaqla, 62 şəxsi heyət hadisə yerinə cəlb edilib, yanğın məhdudlaşdırılıb. Hadisənin baş vermə səbəbi araşdırılacaq, ictimaiyyətə məlumat veriləcək.
12:14
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
11:39
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyekt yanır.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
14:08 07.08.2026
Oxunuş sayı: 128