Çimməyə girdi, geri qayıtmadı – Beyləqanda faciə
Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb.
Crossmedia.az-ın məlumatına görə, 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən "Yeni Xan Qızı" adlı beton kanalda çimərkən suda boğularaq ölüb.
Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.
Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.
10:12 07.08.2026
Oxunuş sayı: 54