Məşhur restoranlara şok ittiham: Burgerlərdə bağırsaq çöpləri aşkar edilib
Rusiyada Burger Heroes və Torro Grill restoran şəbəkələri Rusiya Keyfiyyət Nəzarəti Agentliyinin apardığı yoxlamanın nəticələrinə münasibət bildirərək irəli sürülən iddialarla razılaşmadıqlarını açıqlayıblar.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir ki, Burger Heroes nümayəndələri şəbəkənin burgerlərində bağırsaq çöplərinin aşkar edildiyini göstərən araşdırmanın nəticələrini qəbul etmədiklərini bildiriblər.
Torro Grill isə yoxlamanın nəticələrinin onlar üçün gözlənilməz olduğunu qeyd edib.
Hər iki şirkət indiyədək dəfələrlə daxili yoxlamalar apardıqlarını və həmin yoxlamaların nəticələrinə əsasən heç bir sanitariya pozuntusunun aşkar edilmədiyini vurğulayıb.
23:59 06.08.2026
Oxunuş sayı: 86