Cek Çanı tanımayan da var, onu görmək istəyən də - Şəhər sakinləri arasında sorğu
Dünya şöhrətli aktyor, döyüş sənəti ustası və prodüser Cek Çanın Bakıya səfəri və paytaxtda film çəkilişlərində iştirak edəcəyi ilə bağlı məlumatlar böyük maraqla qarşılanıb. Uzun illərdir çəkildiyi filmlərlə milyonlarla izləyicinin rəğbətini qazanan aktyorun Azərbaycana gəlməsi sosial şəbəkələrdə də geniş müzakirə olunur. Bu səfərin həm ölkənin tanıdılması, həm də kino sahəsi baxımından mühüm hadisə olduğu qeyd edilir.
Crossmedia.az şəhər sakinləri arasında sorğu keçirib:
“Cek Çanı Bakıda görsə idiniz ona nə deyərdiniz?”
Allahverən Əhmədov:
"Cek Çanı tanımıram, amma görsəm, əlbəttə, deyərəm ki, xoş gəlmisiniz, Bakı gözəl şəhərdir, həmişə siz gələsiniz".

Rahilə Cəfərli:
"Cek Çanı tanımıram. O məni tanıyır ki, mən də onu tanıyım?"

Gülçöhrə Qurbanlı:
"Xoş gəlib, səfa gətirib. Ona bunu deyərəm".

Leyla Hüseynzadə:
"Təbii ki, onu gördüyümə çox sevinərdim. Ona "xoş gəlmisiniz" deyərdim".

Sadiq Quliyev:
"Onun kimi tanınmış birini yolda görmək mənim üçün təbii ki, təəccüb doğurardı. Yəqin, salamlayardım və deyərdim ki, xoş gəlib, səfa gətirib".

Nigar Xəlilli
Zeynəb Həsən
20:00 06.08.2026
Oxunuş sayı: 52