"Birbaşa Bakı" və "Zirə" Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəyə başlayır
"Birbaşa Bakı" və "Zirə" komandaları İspaniyanın Kambrils şəhərində təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında bu gün 1/8 final mərhələsində mübarizəyə başlayacaqlar.
Crossmedia.az-ın məlumatına görə, "Birbaşa Bakı" İngiltərənin "Bukovina Badeuti" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək.
"Zirə" isə Monteneqro təmsilçisi "Sbbet"lə görüşcək. Bu görüş isə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən digər komanda "Aznur" qrup mərhələsini keçə bilməyərək mübarizəni dayandırıb.
09:55 25.09.2026
Oxunuş sayı: 43