"Kəpəz" yeni stadionunda ilk oyununa çıxıb
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" I Liqa təmsilçisi "Karvan-Yevlax"la yoxlama görüşü keçirib.
Crossmedia.az xəbər verir ki, Gəncə stadionunda ilk oyununa çıxan "sarı-göylər" Yevlax klubuna 2:1 hesabı ilə qalib gəliblər.
"Kəpəz"in heyətində Kennet Kalunqa ilə Azuma Abubakar fərqləniblər.
21:23 06.08.2026
Oxunuş sayı: 62