Pavloqradda güclü zərbə: Depo dağıdıldı, ölənlər var
Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində Ukrpoçtanın çeşidləmə deposunun zərbə nəticəsində dağıldığı və iki əməkdaşın öldüyü iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli Telegram kanalları məlumat yayıb.
Yayılan məlumatlara görə, obyektə Banderol adlı raketlə zərbə endirilib. Hadisənin təfərrüatları və hücumun nəticələri ilə bağlı rəsmi açıqlama verilməyib.
21:12 06.08.2026
Oxunuş sayı: 56