Pezeşkian: Qonşularımız olmasaydı, vəziyyət fərqli ola bilərdi
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin qonşu dövlətlərlə münasibətləri əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pezeşkianın sözlərinə görə, müharibə planlarından biri İranın şimal-qərb və cənub-şərq istiqamətlərində gərginlik və iğtişaşlar yaratmaq idi. Lakin o qeyd edib ki, region ölkələri buna imkan verməyiblər.
“Region ölkələri həmin istiqamətlərdən heç kimin maneəsiz şəkildə daxil olub iğtişaş yaratmasına imkan vermədi. Bu, çox mühüm məqamdır. Qonşularımız insanların ölkə ərazisinə daxil olaraq sabitliyi pozmasına şərait yaratmadılar”, – deyə İran prezidenti bildirib.
23:52 06.08.2026
Oxunuş sayı: 57