Uşaq meydançasında partlayış oldu- yaralı var
Rusiyanın Ussuriysk şəhərində uşaq meydançasında baş verən partlayış nəticəsində 7 yaşlı qız xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, “Baza” bu barədə Telegram kanalında məlumat yayıb.
İlkin məlumata görə, 6 yaşlı iki oğlan uşağı oyuncaq tapança ilə oynayıb və Çiçerina küçəsindəki evin yaxınlığında yerləşən sürüşkənin üzərində üç kapsul qoyaraq ərazidən uzaqlaşıb.
Daha sonra meydançaya gələn qız həmin kapsullara toxunub. Bundan sonra işıq parıltısı ilə müşayiət olunan partlayış baş verib.
Qız ikinci dərəcəli yanıqlar alıb və xəstəxanaya yerləşdirilib. Zərərçəkənin ailəsi polisə müraciət edib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Belqorod vilayətində 8 yaşlı oğlan həyət ərazisində sursat tapdıqdan sonra onun partlaması nəticəsində həyatını itirib.
Bundan daha əvvəl isə Moskvada küçədə tapdığı əşyanın uşağın əlində partladığı bildirilmişdi.
14:20 28.09.2026
Oxunuş sayı: 35