Zelenskiyə ağır zərbə: Ukraynalıların 72 faizi ondan buna görə üz çevirdi
Ukrayna sakinlərinin 72 faizi Prezident Volodimir Zelenskinin ətrafında baş verən korrupsiya hallarına görə şəxsən məsuliyyət daşıdığını düşünür.
Crossmedia.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu bu barədə məlumat yayıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 25 faizi Zelenskini bu məsələyə görə məsul hesab etmir.
Həmçinin respondentlərin 72 faizi Rusiya-Ukrayna münaqişəsi dövründə ölkədə korrupsiyanın səviyyəsinin artdığını bildirib. 17 faiz səviyyənin dəyişmədiyini, 6 faiz isə azaldığını düşünür.
Qeyd olunur ki, daha əvvəl Ukraynanın korrupsiya səbəbindən münaqişə dövründə ən azı 15,7 milyard dollar itirdiyi bildirilib. Ukraynanın Milli Antikorrupsiya Bürosunun hesabatlarında 2022-ci ilin əvvəlindən müxtəlif səviyyəli büdcələrin ən azı 703 milyard qrivna, yəni 15,7 milyard dollar itirdiyi qeyd olunub.
Məlumata görə, qurum yüksək vəzifəli şəxslərin rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz varlanma, yanlış məlumatların bəyan edilməsi, çirkli pulların yuyulması və digər korrupsiya əməllərini də araşdırır.
15:03 28.09.2026
Oxunuş sayı: 35