Dəməşq yaxınlığında partlayış: ölən və yaralananlar var
Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Cərəmana bölgəsində partlayış baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar var. Hadisənin səbəbi və partlayışın təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib.
Hazırda bölgədə araşdırma aparılır.
22:40 06.08.2026
Oxunuş sayı: 48