İranla gərginlik pik həddə: ABŞ hərbçiləri onlarla gəmini saxlayıb
ABŞ Silahlı Qüvvələri İranla bağlı dəniz əməliyyatlarını davam etdirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, avqustun 6-na olan vəziyyətə əsasən, Amerika hərbçiləri 49 kommersiya gəmisinin marşrutunu dəyişdirib.
Bundan əlavə, 2 gəmini sıradan çıxarıb, daha 2 gəmini isə ələ keçirərək yoxlama aparıb.
Məlumata görə, əməliyyatlar İran ətrafındakı dəniz məkanında həyata keçirilir.
22:16 06.08.2026
Oxunuş sayı: 49