Amerikalı analitik Con Spenser Qarabağ müharibəsi barədə kitab yazıb
Amerikalı hərbi analitik Con Spenser həmmüəllifi Liam Kollinzlə birlikdə hazırladığı “The War for Karabakh: Strategy, Technology, and Victory” (“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə”) adlı yeni kitabının yaxın zamanda nəşr olunacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Spenser bildirib ki, kitab 2020-ci ildə baş vermiş 44 günlük Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin səbəblərini və bu münaqişədən çıxarıla biləcək hərbi dərsləri ətraflı şəkildə araşdırır.
Onun sözlərinə görə, nəşrin hazırlanması karyerasındakı ən mürəkkəb akademik layihələrdən biri olub. Tədqiqat çərçivəsində müəlliflər döyüşlərin baş verdiyi əsas ərazilərə səfər edib, çoxsaylı müsahibələr aparıb və hərbi kampaniyanın gedişatını təhlil ediblər.
Kitabın bu ilin payızında Cambria Press nəşriyyatında çap olunacağı bildirilir. Spenser qeyd edib ki, əsərdə Azərbaycanın döyüş meydanındakı uğurunu təmin edən strateji qərarlar, müasir texnologiyaların tətbiqi və digər amillər geniş şəkildə təhlil olunur.
21:04 06.08.2026
Oxunuş sayı: 57