ABŞ-də demokratlar arasında lider dəyişikliyi tələbi – Şumerin istefası istənilir
ABŞ-də Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsindən sonra mütərəqqi siyasi hərəkat “Indivisible” Senatdakı demokratların lideri Çak Şumerin dəyişdirilməsinə çağırıb.
Crossmedia.az xəbər verir ki, “The Hill” bu barədə məlumat yayıb.
Noyabrın 3-də keçirilən aralıq seçkilərində demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu qazanıblar.
Seçkilərdən bir gün sonra “Indivisible” təşkilatı bəyanat yayaraq Demokratlar Partiyasının Senatdakı rəhbərliyinin yenilənməsini tələb edib.
“Bizə Senatda bu mübarizəyə rəhbərlik edə biləcək lider lazımdır. Artıq Senatdakı demokratların yeni rəhbərlik seçməsinin vaxtıdır”, – deyə təşkilatın açıqlamasında bildirilib.
Təşkilatın mövqeyinə görə, seçicilər Demokratlar Partiyasından yeni siyasi yanaşma və daha qətiyyətli rəhbərlik gözləyirlər.
Qeyd edək ki, demokratların seçki qələbəsindən sonra partiyanın Konqresdəki rəhbər heyətində mümkün dəyişikliklər gündəmə gəlib. Yeni Konqresin fəaliyyətə başlaması 2027-ci il yanvarın 3-nə nəzərdə tutulur.
16:24 05.11.2026
Oxunuş sayı: 57