Tramp: Heqsethlə bağlı mənə şikayətlər gəlir, amma səbəbini anlamıram
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsethlə bağlı ona şikayətlərin daxil olduğunu, lakin bunun səbəbini anlamadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “ABC News” bu barədə məlumat yayıb.
“Mənə onunla bağlı zənglər gəlir. Bilirsiniz, bunun səbəbini anlamıram”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti Heqsethin fəaliyyətini müdafiə edərək onun vəzifəsindən uzaqlaşdırılması ehtimalını rədd edib.
Qeyd edək ki, Konqresə keçirilən aralıq seçkilərindən sonra Heqsethin vəzifədə qalıb-qalmayacağı ilə bağlı müzakirələr intensivləşib.
“ABC News”un məlumatına görə, Tramp administrasiyasına yaxın respublikaçılardan müdafiə nazirinin fəaliyyəti barədə fikirlərini öyrənib. Prezident isə Heqsethin işini yüksək qiymətləndirərək onun vəzifəsində qalacağını bildirib.
16:56 05.11.2026
Oxunuş sayı: 53