Tramp ABŞ-də seçki nəticələrinin dəyişdirilməsini tələb etdi
ABŞ Prezidenti Donald Tramp Alyaska ştatında Senata keçirilən seçkilərdə namizədlərdən ikisinin səslərinin respublikaçı senator Den Sallivana verilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə açıqlamasında bildirib.
Tramp Demokratlar Partiyasının seçiciləri çaşdırmaq məqsədilə eyni adlı namizədi seçkiyə qatdığını iddia edib.
“Saxta Den Sallivana, eləcə də demokratların seçki bülleteninə daxil etdiyi digər namizədə verilən səslər dərhal əsl Den Sallivana hesablanmalıdır. Bununla da seçki başa çatmalıdır. O, asanlıqla qalib gəlir”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti bunun yeganə ədalətli həll yolu olduğunu vurğulayıb.
Qeyd edək ki, Alyaskada Senata seçkilərdə hazırkı respublikaçı senator Den Sallivanla yanaşı, eyni adlı digər namizəd də iştirak edib. Tramp bu vəziyyətin seçiciləri çaşdırmaq məqsədi daşıdığını iddia etsə də, həmin namizədin seçkidə iştirakına məhkəmə tərəfindən icazə verilib.
17:46 05.11.2026
Oxunuş sayı: 53