İran TRIPP-ə görə Ermənistana xəbərdarlıq edib
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti TRIPP layihəsinin İran üçün “qırmızı xətt” olaraq qaldığını bildirib.
Crossmedia.az xəbər verir ki, Əli Əkbər Vilayəti bu barədə açıqlama verib.
Vilayəti qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçməyə çalışsalar, Tehran sərt cavab verəcək.
“Tramp və müttəfiqləri İranın bu qırmızı xəttini keçmək istəsələr, onların ayaqlarını qıracağıq”, – deyə o vurğulayıb.
17:41 05.11.2026
Oxunuş sayı: 66