Sülh Şurasının ilk layihəsi qalmaqal yaratdı: Yaşayış binaları yox, hərbi obyekt
Qəzzada fəaliyyət göstərən Sülh Şurasının ilk tikinti müqaviləsi ilə bağlı qərar verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The Guardian˝ qəzetinin məlumatına görə, layihə yaşayış binalarının bərpasını deyil, beynəlxalq qüvvələrin istifadəsi üçün hərbi obyektin tikintisini nəzərdə tutur.
Məlumata əsasən, plan çərçivəsində Mərakeş kontingenti üçün təxminən 150 nəfərlik kiçik hərbi baza inşa ediləcək.
Bildirilib ki, müqavilə hələ yekun təsdiqlənməyib.
20:40 06.08.2026
Oxunuş sayı: 56