UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya minimal fərqlə uduzub - YENİLƏNİB
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) uduzub.
Crossmedia.az xəbər verir ki, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada rəqib 1:0 hesablı qələbəyə sevinib.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
Ağdam təmsilçisi görüşü 10 nəfərlə başa vurub. 90-cı dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
22:17
UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, “Lublin Arena”da oynanılan qarşılaşmada ilk yarıdan sonra hesab Kiyev təmsilçisinin xeyrinədir – 1:0. Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.
21:58
UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsində ilk oyununda birinci hissə başa çatıb.
Crossmedia.az xəbər verir ki, “Lublin Arena”da oynanılan qarşılaşmada Ağdam təmsilçisi fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb. Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.
21:02
UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında III təsnifat mərhələsin ilk oyunu başlayıb.
Crossmedia.az xəbər verir ki, “Lublin Arena”da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.
22:59 06.08.2026
Oxunuş sayı: 103