Yalan məlumat yayanlara həbs xəbərdarlığı
ABŞ Prezidenti Donald Tramp ölkənin sursat ehtiyatlarının tükəndiyi barədə yayılan məlumatları təkzib edərək, Vaşinqtonun kifayət qədər hərbi ehtiyata malik olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib. ABŞ liderinin sözlərinə görə, sursatlar ölkənin ehtiyaclarına uyğun olaraq böyük həcmdə istehsal edilir və tədarük olunur.
Tramp həmçinin bu cür məlumatları yayan şəxslərin uzunmüddətli həbs cəzası ilə üzləşə biləcəyini bildirib.
09:54 06.08.2026
Oxunuş sayı: 45