Güclü "Dolphin" tayfunu Çinə yaxınlaşır
Saniyədə 45 metrə çatan külək sürəti ilə hərəkət edən güclü "Dolphin" tayfununun avqustun 9-dan 10-na keçən gecə Çinin şərq sahillərinə çatacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, "Çin Mərkəzi Meteorologiya Stansiyası" bu barədə məlumat yayıb.
Sinoptiklərin proqnozuna görə, təbii fəlakətin Çjeszyan və ya Futszyan əyalətlərinin sahil ərazilərinə təsir edəcəyi ehtimal olunur. Tayfun bölgəyə güclü yağışlar gətirəcək.
Hazırda "Dolphin" tayfunu Ryukyu adalarının şərq hissəsində yerləşir. O, saatda təxminən 20-25 kilometr sürətlə qərbə doğru hərəkət edir.
Meteoroloqlar bildirirlər ki, tayfunun daxilində küləyin sürəti saniyədə 50 metrə qədər yüksəlir.
17:43 05.08.2026
Oxunuş sayı: 50