Türkiyə Azərbaycanda enerji layihələri ilə maraqlanır
Türkiyə Azərbaycanın da daxil olduğu bir sıra ölkələrdə enerji sahəsində yeni layihələrlə maraqlanır.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "TRT Haber"ə müsahibəsində bildirib. Türkiyə Petrolleri enerji diplomatiyasından istifadə edərək xarici ölkələrdə müxtəlif layihələrdə tərəfdaşlıq yolu ilə iştirak etməyi planlaşdırır.
O qeyd edib ki, Türkiyənin Mərkəzi Asiya istiqamətində, o cümlədən Qazaxıstan və Azərbaycanda maraqlandığı enerji sahələri var.
Bayraktar müsahibəsində Türkiyənin İraq, Pakistan, Afrika ölkələri və digər regionlarda da enerji layihələri üzərində çalışdığını bildirib.
Nazir əlavə edib ki, Türkiyə enerji sahəsində beynəlxalq əməkdaşlıqları genişləndirməklə həm öz enerji təhlükəsizliyini gücləndirməyi, həm də regional enerji marşrutlarında rolunu artırmağı hədəfləyir.
13:11 05.08.2026
Oxunuş sayı: 71