Gürcüstan dövlət universitetləri pulsuz olacaq: Azərbaycanda da olsun? - SORĞU
Gürcüstanda dövlət universitetlərində ali təhsilin tələbələr üçün ödənişsiz olacağı ilə bağlı qərar regionda geniş müzakirələrə səbəb olub. Bu addım gənclərin təhsilə əlçatanlığının artırılması və sosial rifahın yaxşılaşdırılması istiqamətində mühüm islahat kimi qiymətləndirilir. Qərarın açıqlanmasından sonra Azərbaycanda da oxşar modelin tətbiq olunmasının mümkün olub-olmaması ilə bağlı fikirlər səsləndirilir.
Crossmedia.az mövzu ilə bağlı şəhər əhalisi arasında sorğu keçirib:
“Bu modelin Azərbaycanda tətbiqi lazımdırmı?”

Şəhər sakini Çiçək Hacıyeva: “Əla olar. Çox tələbə müəyyən balla universitetə qəbul olur. Amma həmin fakültə pullu təhsil verdiyi üçün oxumaqdan imtina edir. Düşünürəm, bu qərar çox abituriyent üçün gözləniləndir”

Şəhər sakini Ramin Rzayev: “Azərbaycanın hazırkı təhsil modeli kifayət qədər səmərəlidir. Düşünürəm ki, Gürcüstanın iqtisadiyyatı liberal olduğu üçün bu qərarı verə bildi. Bunun Azərbaycanda tətbiq edilmısi isə ciddi araşdırmalar tələb edir. İqtisadi göstəricilər nəzərə alınmalıdır. Amma bir tərəfdən də əgər pulsuz olsa, çox abituriyent az balla daxil olacaq, univerisitetlər dolacaq”.

Şəhər sakini Gülnarə Məmmədova: “Azərbaycanda bu addımın atılması müsbət olar, ölkənin təhsil sistemi daha da inkişaf edər”.

Şəhər sakini Əli Musayev: “Layiqli abituriyentlər oxumalıdır. Pulsuz edərək hamıını universitetə yığmaq, sonra yer çatmır deyə yeni universitet açmaq düzgün yanaşma olmaz. Hazırda təhsil sistemimiz necədirsə, elə də qalsın.

Şəhər sakini Nuray Mehtiyeva: “Məncə, pulsuz olsa layiq olmayan çox insan tələbə adını qazanacaq. Ona görə belə qalması daha məqsədəuyğundur”.

Şəhər sakini Rizvan Quliyev: “Həm vətəndaşlar, üçün hən də dövlətin təhsil sistemi üçün müsbət olar”.
Ayhan
Nigar Xəlilli
11:30 04.08.2026
Oxunuş sayı: 67