Rusiya: Ukraynanın mülki əhaliyə hücumları artıb
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsinə Mixail Drapatının təyin olunmasından sonra mülki əhaliyə qarşı hücumlar daha da intensivləşib.
Crossmedia.az xəbər verir ki, "İzvestiya" nəşri bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin açıqlamasını yayıb.
Miroşnik iddia edib ki, əvvəllər müşahidə olunan meyillər dəyişməyib, əksinə daha da aktivləşdirilib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatının vəzifəyə başlamasından sonra mülki hədəflərə qarşı hücumların intensivliyi artıb.
10:53 04.08.2026
Oxunuş sayı: 47