Rusiya ordusunun yeni döyüş üsulları açıqlandı
Rusiya dövlət agentliyi TASS iyul ayında Rusiya Silahlı Qüvvələrinin həyata keçirdiyi hücum əməliyyatları və şturm bölmələrinin istifadə etdiyi taktikalara dair geniş material dərc edib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb. Materialda bildirilir ki, iyul ayında Rusiya qüvvələri Donbas və digər bölgələrdə iki şəhər və onlarla yaşayış məntəqəsini nəzarətə götürdüyünü iddia edir.
Yazıda Konstantinovka, Belitskoye və digər yaşayış məntəqələrində aparılan əməliyyatlar zamanı pilotsuz uçuş aparatlarından fasiləsiz müşahidənin həyata keçirildiyi, radioəlaqə vasitəsilə dezinformasiya əməliyyatlarının aparıldığı və bəzi istiqamətlərdə yeraltı tunellərdən istifadə olunduğu qeyd edilir.
Məqalədə həmçinin Rusiya hərbçilərinin FPV tipli pilotsuz uçuş aparatlarının hücumlarından yayınmaq üçün xüsusi hazırlıq keçdiyi, mühəndis bölmələrinin minalardan təmizləmə işləri apardığı və logistik marşrutların minalanması yolu ilə qarşı tərəfin təchizatının pozulmasına çalışdığı bildirilir.
TASS-ın məlumatına görə, əməliyyatlar zamanı mülki şəxslərin təxliyəsi də həyata keçirilib. Agentlik Rusiya Müdafiə Nazirliyinə istinadən Konstantinovkada bir ailənin və 10 yaşlı qızın təhlükəsiz əraziyə çıxarıldığını yazır.
11:53 04.08.2026
Oxunuş sayı: 53