Bakı metrosunda tarixi addım: xətlər ayrılır
Avqustun 15-dən "Bakı Metropliteni" QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək.
Bu barədə Crossmedia.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, xətlərin ayrılması layihəsi Bakı metrosunun gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir. Tikinti işlərinin 10-11 ay davam edəcəyi bildirilib. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.
Qeyd edilib ki, tikinti işləri başa çatdıqdan sonra Yaşıl xətt yeni sxem üzrə - "Dərnəgül"dən başlayaraq "Cəfər Cabbarlı" vasitəsilə "Xətai" stansiyasına qədər fəaliyyət göstərəcək. İlkin mərhələdə Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq.
12:07 04.08.2026
Oxunuş sayı: 39