Diaspor Gənclərinin VII Yay Düşərgəsində professor Solmaz Tohidi mühazirə oxuyub
Tarix elmləri doktoru, professor Solmaz Tohidi Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçıları üçün mühazirə oxuyub. "Azərbaycanlı tələbələr Avropa universitetlərində: 100 illik tarix (1850–1950)" mövzusunu əhatə edən mühazirədə XIX əsrin ikinci yarısından XX əsrin ortalarına kimi Avropanın nüfuzlu ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrdən bəhs olunub.
Crossmedia.az xəbər verir ki, professor onların elmi, ictimai fəaliyyəti və milli düşüncənin formalaşmasında oynadıqları rol haqqında geniş məlumat verib.
Tarixi faktlar, arxiv materialları və görkəmli azərbaycanlı ziyalıların həyat yolu əsasında gəncləri Azərbaycanın təhsil tarixinin mühüm mərhələləri barədə bilgiləndirib.
Diaspor gəncləri həmin tarixi dövrlə bağlı maraqlı suallar səsləndirib, mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.
11:25 04.08.2026
Oxunuş sayı: 58