Telegram yenidən App Store-a qayıtdı
Apple şirkəti Telegram mesencerini yenidən App Store tətbiq mağazasında istifadəçilər üçün əlçatan edib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb. Məlumata görə, bu barədə Telegram-ın mətbuat xidməti məlumat verib.
Bildirilib ki, daha əvvəl bəzi ölkələrdə istifadəçilər üçün əlçatmaz olan tətbiq yenidən App Store-da bərpa edilib.
12:05 04.08.2026
Oxunuş sayı: 47