Sumqayıtda qaz olmayacaq
Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən Crossmedia.az-a verilən məlumata görə, şəhərin Yaşıldərə yaşayış massivi ərazisindən keçən d89 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması üçün təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 14:00-dan etibarən, həmin yaşayış massivində ümumilikdə 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.(Report)
13:18 03.08.2026
Oxunuş sayı: 62