Hadisə

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub

Bu barədə Crossmedia.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.

08:47 26.12.2024

Oxunuş sayı: 4622

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR