Estoniyada 795 əsgərin dəfn olunduğu yer dağıdılıb- qalıqların taleyi bilinmir
Rusiya Estoniyanın müvəqqəti işlər vəkilinə sovet əsgərləri-abidəsinin sökülməsi ilə bağlı etirazını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, Estoniyanın Yogeveste kəndində 795 sovet ordusu əsgər və zabitinin dəfn olunduğu qardaşlıq məzarlığındakı abidə dağıdılıb. Diplomat bildirib ki, hərbçilərin qalıqlarının taleyi məlum deyil.
Zaxarova qeyd edib ki, məsələ ilə bağlı Estoniya tərəfinə diplomatik kanallarla etiraz təqdim olunub.
21:12 17.07.2026
Oxunuş sayı: 59