Rusiyada səfərbərlik: rekord sayda hərbçi hazırlanıb
Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında ehtiyat hərbi qüvvələrin hazırlanması ilə bağlı məlumatlar açıqlanıb.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Nazir müavini Yunus-Bek Yevkurovun sözlərinə görə, Rusiyada ehtiyat polklarında, poliqonlarda və qoşun qruplaşmalarının yerləşdiyi ərazilərdə 140 mindən çox hərbçi hazırlıq keçib.
Bildirilib ki, Rusiyanın DOSAAF təşkilatı hərbi uçot ixtisaslarının sayını 20-dən 30-a yüksəldib. İlk dəfə ehtiyatda olan hərbçilərin təlim prosesinə 107 hücum bölməsinin komandiri cəlb olunub.
Yevkurov qeyd edib ki, DOSAAF bazasında 30 müxtəlif ixtisas üzrə 18 mindən çox gələcək çağırışçı hazırlanıb. Hazırlıq proqramlarına pilotsuz uçuş aparatlarının (PUA) operatorları və robotlaşdırılmış yerüstü komplekslərin operatorları da daxil edilib.
20:32 17.07.2026
Oxunuş sayı: 52