Dron hücumlarının zərbəsi kəndlərə çatdı – Rus fermerləri itkiləri açıqladı
Rusiya aqrar sektoru yanacaq qıtlığı və Azov dənizində gəmiçiliyə tətbiq edilən məhdudiyyətlər səbəbindən ciddi çətinliklərlə üzləşib.
Crossmedia.az xəbər verir ki, ˝Reuters˝-in məlumatına görə, Ukrayna dronlarının hücumları nəticəsində Rusiyanın neft emalı zavodlarına zərbələr dizel yanacağının çatışmazlığına səbəb olub. Fermerlərin bildirdiyinə görə, kənd təsərrüfatı texnikasını yanacaqla təmin etmək üçün saatlarla gözləməli olurlar, eyni zamanda yanacağın qiyməti əhəmiyyətli dərəcədə artıb.
Sahə nümayəndələrinin hesablamalarına görə, dizel yanacağının bahalaşması fermerlərin hər ton taxıldan təxminən 1 min rubl itirməsinə səbəb olur. Azov dənizində tətbiq edilən məhdudiyyətlər isə bu itkiləri faktiki olaraq iki dəfə artırıb.
Bildirilib ki, fermerlər növbəti əkin işləri üçün yanacaq və gübrə almaq məqsədilə əldə etdikləri məhsulu satmalı olurlar.
19:56 17.07.2026
Oxunuş sayı: 59