Qara dənizdə gərginlik: Neft tankeri dron hücumuna məruz qaldı
Nordic Zenith adlı neft tankerinin gecə saatlarında Qara dənizdə, Xəzər Boru Kəməri Konsorsiumunun terminalının yaxınlığında hücuma məruz qaldığı bildirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində gəmidə yanğın baş verib. Yanğın ekipaj üzvləri tərəfindən söndürülüb. Lakin hadisədən sonra tanker terminalda neft yükləmək üçün yararsız vəziyyətə düşüb.
Bildirilib ki, hücum Ukraynaya məxsus kamikadze dronları ilə həyata keçirilib.
19:24 17.07.2026
Oxunuş sayı: 59