Tunisli general: Səudiyyə Ərəbistanının itirəcəyi çox şey var, Yəmənin isə yox
Tunisin hərbi və strateji məsələlər üzrə eksperti, briqada generalı Tofiq Didi Yəmənlə Səudiyyə Ərəbistanı arasında yaşanan gərginliyi şərh edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Səudiyyə Ərəbistanının itirəcəyi çox şey olduğu halda, Yəmənin itirəcək heç nəyi yoxdur. Didi qeyd edib ki, Yəmənin raket və pilotsuz uçuş aparatları yeraltı bazalarda yerləşdirilib və ölkənin təslim olmayacağını iddia edib.
Ekspert həmçinin ABŞ və İsrailin uğursuzluğa düçar olduğunu irəli sürərək, Səudiyyə Ərəbistanının onların tərəfində yer almasını təəssüf doğuran hal kimi qiymətləndirib.
Tofiq Didi əlavə edib ki, Yəməndə husilərin lideri Əbdülməlik əl-Husinin xəbərdarlıqları aydın idi və hava limanlarına və digər hədəflərə ediləcək zərbələrin qarşılıqlı cavab doğuracağını vurğulayıb.
18:39 17.07.2026
Oxunuş sayı: 57