Aİ ilk dəfə bu hüquqi əsasla Rusiyaya sanksiya tətbiq etdi
Avropa İttifaqı ilk dəfə olaraq Rusiya hərbi-sənaye kompleksinin nümayəndələrinə qarşı hədəfli sanksiyaların tətbiqi üçün “Kiyevə endirilən zərbələrə görə” hüquqi ifadədən istifadə edib.
Crossmedia.az xəbər verir ki, yeni məhdudiyyətlər pilotsuz uçuş aparatları sahəsində fəaliyyəti ilə birbaşa bağlı olan bir fiziki şəxsə və beş hüquqi şəxsə şamil edilib. Sanksiya siyahısına “ABS Elektro” holdinqinin direktorlar şurasının sədri və bir sıra strukturlarının rəhbəri İrina Xarısova, eləcə də hərbi-sənaye kompleksinin ehtiyacları üçün elektron və radioelektron komponentlərin hazırlanması və istehsalı ilə məşğul olan beş şirkət daxil edilib.
Məlumata görə, sanksiya siyahılarının operativ şəkildə genişləndirilməsinin təşəbbüskarı Avropa diplomatiyasının rəhbəri Kaya Kallas olub.
17:54 17.07.2026
Oxunuş sayı: 52