Zelenski: SBU Engelsdə Rusiyanın Tu-95 bombardmançısını məhv edib
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Engels şəhərində yerləşən Tu-95 strateji bombardmançı təyyarəsini məhv edib.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenskinin sözlərinə görə, təyyarə Ukraynaya raket zərbələri endirmək üçün istifadə olunurdu.
Prezident bildirib ki, zərbə pilotsuz uçuş aparatları vasitəsilə Ukrayna dövlət sərhədindən təxminən 800 kilometr məsafədə endirilib.
Zelenski əməliyyatın Ukraynanın uzaqmənzilli imkanlarının effektivliyini nümayiş etdirdiyini vurğulayıb.
17:32 17.07.2026
Oxunuş sayı: 65