İran Energetika Nazirliyi əhaliyə elektrik sərfiyyatını azaltmağa çağırıb
ABŞ-nin zərbələri nəticəsində ölkənin cənubundakı enerji infrastrukturuna ziyan dəydikdən sonra İran Energetika Nazirliyi vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Energetika Nazirliyi məlumat yayıb.
Nazirlik daha əvvəl ABŞ-nin hücumları nəticəsində Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhərində elektrik ötürücü xətlərinin zədələndiyini bildirmişdi.
Bundan əlavə, "Mehr" agentliyinin məlumatına görə, son günlər Hörmüz boğazının girişində yerləşən Sirik rayonundakı limanlar və rabitə qüllələri də hücumlara məruz qalıb.
İran Energetika Nazirliyi yaydığı bəyanatda bildirib ki, cənub əyalətlərində elektrik təchizatının sabit saxlanılması üçün əhali pik saatlarda elektrik istehlakını azaltmalıdır.
"Cənub əyalətlərində həm güclü istilər, həm də enerji obyektlərinə hücumlar səbəbindən yaranmış vəziyyətdə elektrik təchizatının sabitliyini təmin etmək üçün hər bir ailədən pik saatlarda kondisionerləri cəmi bir saat söndürməsi xahiş olunur", – deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Tehran və Vaşinqton iyunun 18-nə keçən gecə münaqişənin dayandırılmasını nəzərdə tutan memorandum imzalasa da, ABŞ iyulun 8-dən etibarən İrana bir neçə dəfə zərbələr endirib. İran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirib və Vaşinqtonu memorandumu pozmaqda ittiham edib. ABŞ Prezidenti Donald Tramp isə iyulun 9-da atəşkəs rejiminin artıq qüvvədə olmadığını bəyan edib.
17:12 17.07.2026
Oxunuş sayı: 56